Dünya bazarlarında ət bahalaşmaqda davam edir.
Eləcə də bax: Təzə mal və qoyun əti ucuzlaşır - Kolbasa Bahalaşır
FED.az, Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olan Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına istinadən xəbər verir ki, FAO Ət Qiyməti İndeksi 2021-ci ilin İyul ayında İyun ayı ilə müqayisədə 0,8% artıb və 110,3 bəndə çatıb.
Ət Qiyməti İndeksi 2014-cü ildən bu yana ən yüksək səviyyəsini görüb. İndeks ardıcıl 10 aydır yüksəlir.
Ötən ilin İyul ayı ilə müqayisədə Ət Qiyməti İndeksi 19,6% artıb. Ötən ilin iyulunda İndeks 92,2 bənddə idi.
Şərq Asiyadan artan idxal və bəzi bölgələrdə istehsalın məhdud artması qiymətlin yüksəlməsinə səbəb olur. Daha çox quş ətinin qiyməti artır. Mal əti qiymətləri də Çinin yüksək idxalı və böyük istehsal bölgələrindən təklifin azalması ilə bahalaşıb. Eyni zamanda, Çinin idxalının azalması ilə əlaqədar olaraq donuz əti qiymətləri düşüb. (Marja)