Sentyabr ayında dünya bazarında kərə yağının qiyməti artıb.
Eləcə də bax: Avropalıların 4-də 3-ü ərzağa qənaət etməyə başlayıb – 1970-Cİ İLLƏRDƏ OLDUĞU KİMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir.
Belə ki, ötən ay dünya bazarında kərə yağının 1 tonu $5342 olub. Bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə $542 və ya 11.3% artım deməkdir.