Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 1,2 fazi səviyyəsində proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının saytında yerləşdirilmiş "Global Economic Prospects" adlı hesabatında qeyd olunub.
Bankın hesabatında Azərbaycanda 2018 və 2019-ci illər üçün ÜDM-in artımı 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, 2016-ci ilin iyun ayında dərc olunmuş hesabatda Azərbaycanda 2017-ci ildə ÜDM-in artımı 0,7 faiz səviyyəsində proqnozlaşdırılırdı.
Ümumiyyətlə, DB 2017 və 2018-ci illərdə dünya iqtisadiyyatının artım proqnozunu pisləşdirib.
Dünya Bankı 2016-cı ilin iyun ayında 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci ildə isə 3% artacağını gözləyirdi. Ancaq indiki proqnozuna görə, artım 2.7% və 2.9% təşkil edəcək.
DB 2019-cü ildə dünya iqtisadiyyatının 2,9% artacağını gözləyir.
Trend©