Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 mln. ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.
Bu barədə DB məlumat yayıb. Məlumata görə, kreditin 400 mln. dolları Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə "BOTAŞ" şirkətinə veriləcək.
Dünya Bankının vitse-prezidenti Siril Muller (Cyril Muller) deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. Onun fikrincə, layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsini dəstəkləyəcək.