İqtisadiyyat naziri Mikayıl Cabbarov Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşüb.
Eləcə də bax: SOCAR və Ərəb Əmirliklərinin Milli Neft Şirkətinin əməkdaşlığı - MÜZAKİRƏ EDİLİB
FED.az xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq. Kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəldik”, - deyə M.Cabbarov qeyd edib. (Azərtac)