İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin inzibati binasında Xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib.
Buğda ununa dair sanitariya norma və qaydaları təsdiqlənib
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.
Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.