İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Xidməti sayğaca görə əlavə pul yığan MTK-la bağlı Baş Prokurorluğa - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, tədbir zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli nümayəndə heyətinə qurumun fəaliyyət istiqamətləri, keyfiyyət infrastrukturu sahəsində aparılan işlər, xüsusilə də bu ilin yanvar ayında qəbul edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” barədə məlumat verib. Bildirilib ki, Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.
Nümayəndə heyətinin rəhbəri Kokhorjon Aminov keyfiyyət infrastrukturu sahəsində məsuliyyətin artırılması, halal infrastrukturun inkişafı məqsədilə atılan addımları yüksək qiymətləndirdiklərini bildirib.
Tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, aidiyyəti sahələrdə həyata keçiriləcək təcrübə mübadiləsi üçün ekspertlərin cəlb edilməsi və texniki dəstək proqramları ilə bağlı müzakirələr aparılıb.