Azərbaycan sahibkarları işğaldan azad olunmuş ərazilərdə işləmək istəyirlərsə, dövlət satınalmalarında aktiv iştirak etməlidirlər.
"Katri" şirkəti "Füzulidə 1,3 milyon manatlıq tikinti işləri aparacaq - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov bildirib.
O bu barədə "İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda tədbirdə danışıb.
"Gələn ildən Azərbaycanda satınalmalar tamamilə elektron olacaq, dövlət satınalmalarının vahid elektron portalı vasitəsilə həyata keçiriləcək. Bu da satınalmalarda şəffaflığın təmin olunmasına töhfə verəcək”, - deyə Ə.Həsənov qeyd edib.
"Bu ilin əvvəllində Şuşa, Zəngilan və digər işğaldan azad edilmiş ərazilərdə dövlət satınalmaları ilə əlaqədar mütəmadi olaraq təlimlər keçirilib. Gələn həftədən yeni təlimlərimiz başlayacaq və sahibkarlar həmin təlimlərə dəvət alacaqlar", - deyə şöbə müdiri əlavə edib. (Report)