İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Avropa Qapıları" MMC barədə inzibati xəta protokolu tərtib edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Xidməti bildirir.
Məlumata görə, şirkətə qarşı tədbir görülməsi alınan məhsulda istehsal qüsurunun olmasına baxmayaraq, onun dəyişdirilmsindən və yaxud qaytarılmasından imtina edilməsi ilə bağlıdır. (Report)