Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təbii inhisar subyektləri ilə bağlı daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 50 % çox olub.
“Rəqabət Məcəlləsinin tətbiqi özəl sektorun inkişafına dəstək olacaq” - MÜSAHİBƏ
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
"İstehlakçıların təbii inhisar subyektləri ilə münasibətdə Rəqabət Məcəlləsində təsbit edilmiş tələblərdən irəli gələn hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir. 2024-cü ilin 9 ayımda təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrünə nəzərən 50 %-ə qədər artım qeydə alınıb. Bəhs edilən dövrdə baxılmış istehlakçı müraciətlərinin 21 %-i təmin edilib", - deyə məlumatda qeyd olunub.