Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 43 bazar subyektinin bir sıra mal və yaxud xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərini pozduğunu müəyyən edib.
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.
Onun sözlərinə görə, 12 alkoqollu içkilər, 11 turizm xidmətləri, 8 bank xidmətləri, 6 tibbi xidmətlər və dərman vaxitələri, 2 körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, 2 investisiya xidmətləri, 1 bioloji fəallığa malik qida əlavələri, 1 taksi xidmətlərinin reklamı zamanı qanun pozuntuları aşkarlanıb.
Aşkar edilmiş pozuntular barədə məlumatlandırılan bazar subyektləri pozuntuları könüllü şəkildə aradan qaldırıb.