İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.
Eləcə də bax: “Optimal Elektronika” - CƏRİMƏLƏNİR
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM”, “İMPERİUS” və “BUL ELECTRONİCS” MMC-lər barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdiriləcək.