İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin öz təşəbbüsü ilə kolbasa istehsalçısı olan “Halal Payım” MMC barəsində iş qaldırılıb.
AQTA tərkibində problem olan kolbasa-sosiska məhsullarını açıqlayıb - SİYAHI
FED.az xəbər verir ki, bu barədə AİBNDX-dən bildirilir.
Kolbasa və sosiska istehsalı sahəsində haqsız rəqabət qanunvericiliyinə əməl olunması ilə bağlı aparılmış araşdırmalar zamanı müəyyən edilmiş qanunpozuntusu araşdırılacaq.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar edilib.
Müvafiq maddə istehlakçıların çaşdırılması ilə bağlıdır, bu pozuntulara yol verilməməlidir:
- əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi;
- əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi.
Xatırladaq ki, “Halal Payım” MMC 2022-ci ildə yaradılıb, 2 655 650 manat nizamnamə kapitalı var.