Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan malların mənşə ölkəsini təsdiq edən 12 958 sertifikat verib.
Qanunu pozan şirkətin sertifikat vermə akkreditasiyası dayandırıldı – XİDMƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Tviterdə bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 % çoxdur.
Yanvar-mart aylarında verilmiş mənşə sertifikatlarının 9 325-i "CT-1" formalı, 3 299-u "Ümumi" formalı, 334-ü "A" formalı olub.