Yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin araşdırılması zamanı 18 hüquqi, 4 fiziki şəxs barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilib.
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, ötən ilin eyni dövrünə nisbətən protokolların sayında 27 faiz azalma var. Buna səbəb sahibkar-istehlakçı münasibətlərinin möhkəmlənməsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və şikayətlərin operativ emalı, o cümlədən pozuntu hallarının çevik şəkildə qarşısının alınmasıdır.