Azərbaycan Akkreditasiya Mərkəzi ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Serbiya və Yunanıstanın akkreditasiya qurumları arasında Anlaşma Memorandumu imzalanıb.
Dövlət Xidməti Auditorlar Palatası ilə - ƏMƏKDAŞLIĞA BAŞLAYIR
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin nümayəndələri Serbiyanın Belqrad şəhərinə səfər edib.
FED.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının Çoxtərəfli Saziş Şurasının (MAC) 48-ci iclasında iştirak edib.
İclasda Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Akkreditasiya Forumu (IAF) prosedurları ilə bağlı həmkar qiymətləndirilməsi meyarlarında və prosedurlarında yeniliklər müzakirə edilib.
Bundan başqa, akkreditasiya orqanlarında aparılmış həmkar qiymətləndirmələrinin nəticələrinə dair hesabat dinlənilib.
Eləcə də, akkreditasiya orqanlarının Çoxtərəfli Saziş (MLA) iştirakçısı statusu ilə təltif edilməsi, dayandırılması və ya geri çağırılmasına dair qərarların qəbul edilməsi, həmkar qiymətləndirmələri zamanı standartların yeni nəşrlərinə keçidlə bağlı aşkarlanmış uyğunsuzluqlar və problemlər müzakirə edilib.
Səfər çərçivəsində Serbiyanın Akkreditasiya Orqanı, Yunanıstanın Ellin Akkreditasiya Sistemi və Böyük Britaniya və Şimali İrlandiya Krallığının akkreditasiya orqanı olan UKAS ilə Azərbaycan Akkreditasiya Mərkəzi arasında Anlaşma Memorandumları imzalanıb.
İkitərəfli Memorandumlarda ticarətdə texniki maneələrin aradan qaldırılması, akkreditasiya sahəsində kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası, qiymətləndirmədə iştirakın təmin olunması və digər əlaqəli sahələrdə əməkdaşlıq məsələləri öz əksini tapıb.