FED.az bunu Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
DGK-nin hesabatına görə, bu ilin 9 ayında özəl sektor tərəfindən idxal olunan məhsulların həcmi 5 milyard 850 milyon ABŞ dolları olub. Dövlət sektoru üzrə bu rəqəm 1 milyard 611 milyon ABŞ dollar olub. Fiziki şəxslər tərəfindən isə 442 milyon 361 min ABŞ dollarlıq mal idxal olunub.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə idxal əməliyyatlarında dövlət sektoru üzrə 49 faiz , özəl sektor üzrə isə 14 faiz artım müşahidə edilir. Fiziki şəxslər tərəfindən idxal edilən malların həcmi isə 29.2 faiz artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında idxal əməliyyatının həcmi 7 milyard 905 milyon 192 min ABŞ dolları təşkil edib.