Bu ilin I rübündə Azərbaycanda icbari dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb.
Eləcə də bax: "I rübdə qeyri-neft ixracı 16% artıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur. (Apa)