Hazırda qeyri-neft-qaz sektorunda strateji layihələr üzrə istiqamətlərin müəyyən edilməsi ilə bağlı işlər aparılır.
Azərbaycanda dövlət müəssisələrinin dividend ödənişləri üzrə proqnoz - 74% ARTIRILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə divident ödənişinin edilməsini aşılamaqdır: “Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i divident ödəmək qabiliyyətinə malikdir. Həmin şirkətlərin cəmi əməliyyat mənfəətliliyi artıq 15 milyard manatı keçib. Bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə divident ödənişi nəzərdə tutulub. Növbəti illərdə digər dövlət şirkətləri üzrə də divident siyasətinin hazırlanmasını vacib hesab edirik. İnvestisiya Holdinqinin Müşahidə Şurasında Baş nazirin rəhbərliyi ilə bu istiqamətdə fəaliyyətlər həyata keçirilir”. (Apa)