Bu ilin yanvar-fevral ayları ərzində dövlət sektoru tərəfindən 207 milyon 453 min dollar dəyərində idxal əməliyyatları həyata keçirilib.
FED.AZ biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu əməliyyatların həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 milyard 556 milyon dollar və ya 8,5 dəfə azdır.
2025-ci ilin ilk iki ayında dövlət sektoru tərəfindən 1 milyard 764 milyon 104 min dollar dəyərində idxal əməliyyatları aparılmışdı.
Bəhs olunan dövrdə dövlət sektor tərəfindən aparılmış idxal əməliyyatları ümumi idxalda 7,98% yer tutub ki, bu da, illik müqayisədə 34,65 faiz bəndi azdır. 2025-ci ilin eyni dövründə bu əməliyyatların ümumi idxaldakı payı 42,63% idi.












