Büdcə vəsaitinin səmərəliliyinin artırılması üçün dövlət satınalmalarında təkmilləşdirmə işləri həyata keçiriləcək. Əsas məqsəd şəffalaşmanın daha da artırılmasıdır.
Eləcə də bax: 3 ildən təzə şirkətlər - DÖVLƏT SATINALMASINA BURAXILMASIN – YENİ TƏKLİF
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, kiçik və orta biznesin dövlət satınalmalarına çıxışını asanlaşdırmaq prioritetdir.