Dövlət Gömrük Komitəsi (DGK) yanvar ayı üçün toplanan vergi və rüsumları açıqlayıb.
FED.az xəbər verir ki, ötən ay komitə 333 milyon 701 min manat vergi və rusum toplayıb ki, bu da əvvəlki ilin yanvarı ilə müqayisədə 1,2% artıqdır.
Eləcə də bax: Gömrük rüsumlarının - YIĞIMI ARTIB
Yığımların əsas hissəsi ƏDV-nin payına düşüb – 235,9 milyon manat (1,2% artım). Ən çox artım yol vergisi və gömrük rüsumlarında qeydə alınıb. Aksizlər üzrə isə 42,6% azalma baş verib.