Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 282 736,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 15,3%, dekabr ayı ilə müqayisədə isə 19,8% azdır.
Eləcə də bax: Gömrük Komitəsinin sədri hesabat verdi
FED.az xəbər verir ki, DGK-nın dərc etdiyi göstəricilərə görə, cari ilin yanvar ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin yanvarı ilə müqayisədə 8,6% azalaraq 77 124,7 min manat olub, dekabr ayı ilə müqayisədə isə bu göstərici 25,6% azalıb.
Həmçinin, ötən ay ərzində ƏDV üzrə daxilolmalar 2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 17,9% azalaraq 193 741,1 min manat (dekabr ayı ilə müqayisədə 15,9% az), aksizlər üzrə 5,9% azalaraq 9 107,1 min manat (dekabr ilə müqayisədə 40,8% az), yol vergisi üzrə daxilolmalar isə 26,4% azalaraq 2 763,6 min manat (dekabr ilə müqayisədə 16,6% az) təşkil edib. (Apa)