2017-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 10 mlrd. 788,8 mln. manat, xərcləri 11 mlrd. 327,5 mln. manat təşkil edib.
FED.az APA-ya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlarda qeyd edilib.
Məlumata əsasən, büdcənin icrasında 538,7 mln. manatlıq kəsir yaranıb. Kəsir ümumi daxili məhsulun 1,2%-nə bərabərdir.