Azərbaycanda 2021-ci ildə 23 rayon dotasiya ilə fəaliyyət göstərəcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.
Məlumata görə ən böyük dotasiya Ağdam – 5 milyon 75 min manat, Qax – 5 milyon 46 min manat və Kəlbəcər – 3 milyon 693 min manat olacaq.
Digər 4 rayon – Qobustan, Daşkəsən, Qubadlı və Xızı isə xərcləri gəlirlərinin qarşılayacağı proqnozlaşdırılır.