“2020-ci ildə ABŞ dolları digər valyutalara münasibətdə ucuzlaşacaq”.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın “Finam” investisiya holdinqinin prezidenti Vladislav Koçetkov deyib. Onun fikrincə, rus rublu və türk lirəsi 2020-ci ildə bahalaşacaq.
Eləcə də bax: Tramp gedəcək, neft 90 dollar, Macarıstan Avropanı dağıdacaq – 2020-YƏ PROQNOZLAR
“Bu ilin sonlarında müşahidə rublun möhkəmlənməsini müşahidə etdik. Bu gələn il də davam edə bilər. Rusiya büdcəsində profisit və yeni sanksiyaların gündəmdə yoxluğu buna təkan verəcək. Türkiyə iqtisadiyyatı 2019-cu ildə 0,3% geriləməli olsa da, əksinə 0,3% artıb. Lirənin ucuzlaşmasına görə Türkiyə mallarının xarici bazarda rəqabətədavamlılığının artması və hökumətin iqtisadi islahatları 2020-ci ildəı lirənin möhkəmlənməsinə yol açacaq”- deyə Koçetkov söyləyib.
Onun fikrincə, 2020-ci ildə Federal Rezerv Sistemi iqtisadi artımı sürətləndirmək üçün yumşaq pul-kredit siyasəti aparacaq və dollar ucuzlaşcaq.
Modern