Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İqtisadiyyat

  1. Ana səhifə
  2. İqtisadiyyat
  1. İqtisadiyyat

DGKA Anlaşma Memorandumu imzaladı - Fotolar

DGKA Anlaşma Memorandumu imzaladı - Fotolar | FED.az
12:43 27 Noy 2020

Noyabrın 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu (IEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

Eləcə də bax: Gömrük Komitəsi büdcəyə 2,9 milyard manat köçürüb

FED.az xəbər verir ki, onlayn formada keçirilən mərasimdə Komitə sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutunun (FAİ) direktoru Aleyin Kuensa və İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.

İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado açılış nitqi ilə çıxış edərək iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor imzalanacaq memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Səfər Mehdiyev Azərbaycanın gömrük xidmətinin dünya gömrük ailəsində əhəmiyyətli yer tutduğunu və ölkəmizin gömrük xidmətinin hazırda iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasına sədr müavinliyini, Avropa regionu üzrə isə sədrliyini həyata keçirdiyini diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində innovativ islahatlar həyata keçirilir. Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlıq da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verir.

Vurğulanıb ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsi ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və səmərəli əməkdaşlığının nəticəsidir.

DGK sədri Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında “ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalandığını bildirib. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən, bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bu sistemin tətbiqi Azərbaycan Respublikasının gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasını təmin edir.

Komitə sədri Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövr başlandığını vurğulayıb. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycan-İran sərhədinin işğal altında olan 132 kilometrlik hissəsinin də işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdıran Səfər Mehdiyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, düşmənin məğlub edilməsi bütün digər sahələr kimi gömrük xidməti qarşısında da ciddi vəzifələr qoyur.

Gömrük Akademiyasının əsas missiyası ölkəmizin gömrük xidmətinin inkişaf tempini qoruyub saxlamaq və daha da irəli aparmaq üçün yüksək peşəkarlığa və fərqli bacarıqlara sahib mütəxəssislər hazırlamaqdır-deyə sözünə davam edən DGK sədri qeyd edib ki, 2019-cu ildə 700-dən artıq gömrük xidməti əməkdaşı Akademiyada təşkil edilən ixtisasartırma təlimlərində iştirak edib. Təəssüflə qeyd etməliyəm ki, qlobal pandemiya cari ildə bu istiqamətdə fəaliyyətimizə təsirsiz olmayıb. Hazırda bir sıra təlimlərin məsafədən onlayn həyata keçirilməsində ən yaxşı təcrübələrin tətbiqi nəzərdən keçirilir. Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında gömrük təlim-tədrisi üzrə Anlaşma Memorandumunun imzalanması bu baxımdan əhəmiyyətli hadisədir.

Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov vurğulayıb ki, hazırda yaşadığımız 4-cü sənaye inqilabı dövrünün reallıqları beynəlxalq əməkdaşlıq və inteqrasiyanı nəinki zərurətə çevirir, həm də bu əməkdaşlığın qarşısında yeni tələblər qoyur. Bu baxımdan gömrük xidməti baş verən qlobal transformasiyalara münasibətdə ən həssas fəaliyyət sahələrindən biridir.

Qulu Novruzov bildirib ki, təlim və tədris prosesinin mahiyyətində olan dəyişikliklər, hazırda davam edən qlobal pandemiya təlim sektoruna təsirsiz ötüşmür. Yaranmış yeni reallıqlar bizdən daha çevik və rasional addımlar atmağımızı tələb edir. Buna görə də düzgün qərarların verilməsi və ən optimal yolun seçilməsi üçün dünyada mövcud olan ən qabaqcıl təcrübələrdən faydalanmaq bizim üçün prioritetdir.

Sonra Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması həyata keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Fiskal Araşdırmalar İnstitutunun (FAİ) direktoru Aleyin Kuensa imzalayıblar.

Qeyd edək ki, Anlaşma Memorandumunda iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr, o cümlədən gömrük və əlaqədar sahələrdə təlimlərin, kursların, seminarların və digər tədbirlərin keçirilməsi, elektron tədris və distant təhsil üzrə birgə fəaliyyətlər, tələbə, heyət, informasiya mübadilələri, elmi araşdırma və tədqiqatlar, beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək, onlayn kursların yaradılması və onlardan birgə istifadə, ikili və beynəlxalq layihələrin hazırlanması və digər məsələlər nəzərdə tutulur. 


Banner
Banner
  • DGKA
  • gömrük
  • İspaniya
  • fiskal
  • Anlaşma
  • Memorandum
Paylaş

Digər xəbərlər

Azərbaycana düyü idxalı - 46% ARTIB
İqtisadiyyat 24 Mart 2023
Azərbaycana düyü idxalı - 46% ARTIB
Avropada satılan balın təqribən yarısı - KEYFİYYƏTSİZDİR
İqtisadiyyat 24 Mart 2023
Avropada satılan balın təqribən yarısı - KEYFİYYƏTSİZDİR
Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
İqtisadiyyat 24 Mart 2023
Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
Onlayn alış-veriş zamanı aldanan istehlakçı - NƏ ETMƏLİDİR?
İqtisadiyyat 24 Mart 2023
Onlayn alış-veriş zamanı aldanan istehlakçı - NƏ ETMƏLİDİR?
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
İqtisadiyyat 23 Mart 2023
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
İqtisadiyyat 23 Mart 2023
İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
FED-dən yeni artım qərarı -  MANATI NƏ GÖZLƏYİR?
İqtisadiyyat 23 Mart 2023
FED-dən yeni artım qərarı - MANATI NƏ GÖZLƏYİR?
FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib
İqtisadiyyat 23 Mart 2023
FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib
ABŞ və Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatdı
İqtisadiyyat 23 Mart 2023
ABŞ və Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatdı
Əli Əsədov: "Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik"
İqtisadiyyat 17 Mart 2023
Əli Əsədov: "Süni qiymət artımı ilə bağlı mübarizəni gücləndirəcəyik"
Dövlət Xidməti və Bakı Dövlət Universiteti - ANLAŞDI
İqtisadiyyat 17 Mart 2023
Dövlət Xidməti və Bakı Dövlət Universiteti - ANLAŞDI
Qüdrət Həsənquliyev: "Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik"
İqtisadiyyat 17 Mart 2023
Qüdrət Həsənquliyev: "Azərbaycanda bazar iqtisadiyyatına keçməliyik"
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ
    14:06 25 Mart 2023
  • Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifədən - AZAD EDİLİB
    13:56 25 Mart 2023
  • Sabunçu Tibb Mərkəzinə yeni direktor - TƏYİN EDİLDİ
    13:42 25 Mart 2023
  • Buğda və düyü idxalı - ARTIB
    13:31 25 Mart 2023
  • Azərbaycan nefti 3%-dən çox ucuzlaşıb - SON QİYMƏT
    13:23 25 Mart 2023
  • Azərbaycanda banka məxsus fərdi yaşayış evləri satışa çıxarılır – QİYMƏTLƏR
    13:19 25 Mart 2023
  • Azərbaycanın maye qazın ixracından gəlirləri - KƏSKİN AZALIB
    13:12 25 Mart 2023
  • Rublun ucuzlaşacağı gözlənilir - MƏZƏNNƏYƏ TƏZYİQ GÖSTƏRƏN ƏSAS AMİLLƏR
    13:06 25 Mart 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    13:04 25 Mart 2023
  • İyunda Astanadan Bakıya birbaşa təyyarə reysi açılır
    12:57 25 Mart 2023
  • Müdafiə Nazirliyi: Gecə Qarabağda atıṣma olub
    12:53 25 Mart 2023
  • Şirkət və qurumların adına açılan saxta veb-saytları - Necə Müəyyən Etmək Olar?
    12:46 25 Mart 2023
  • Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi - FOTOLAR
    12:38 25 Mart 2023
  • "Allah dünyamıza rəhmət eləsin"
    12:30 25 Mart 2023
  • "Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq, qeyri-leqal ordu birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır"
    12:27 25 Mart 2023
  • “Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
    12:16 25 Mart 2023
  • Yol polisi bayram tətilindən qayıdan sürücülərə - MÜRACİƏT ETDİ
    12:13 25 Mart 2023
  • Azərbaycanda məşhur xəstəxana - YENİDƏN QURULUR
    12:08 25 Mart 2023
  • "Aqrosert" MMC -MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    10:00 25 Mart 2023
  • Azərbaycan Dəmir Yolları - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:50 25 Mart 2023
  • Mebel inventarlarının alınması ilə bağlı - TENDER ELANI
    09:41 25 Mart 2023
  • Azərbaycanda süd istehsalı 1%-dən çox artıb
    09:33 25 Mart 2023
  • Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
    09:25 25 Mart 2023
  • "Erlab MMC"-yə 164 minlik reaktiv sifarişi - TENDER NƏTİCƏSİ
    09:14 25 Mart 2023
  • Qazax Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:04 25 Mart 2023
  • Bakı Baş Gömrük İdarəsi - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    08:53 25 Mart 2023
  • Yerli şirkət Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsini - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    08:40 25 Mart 2023
  • Balakən Rayon Mərkəzi Xəstəxanası - TENDER ELAN EDİR
    08:30 25 Mart 2023
  • Neft 3 faizdən çox ucuzlaşıb - SON QİYMƏT
    17:24 24 Mart 2023
  • Ermənilər Qarabağda yeni yol çəkir, ruslar vəzifələrini yerinə yetirmir - MÜDAFİƏ NAZİRLİYİNDƏN ETİRAZ - VİDEO
    17:12 24 Mart 2023
  • Ermənistan Konstitusiya Məhkəməsi Putinin həbsi barədə - QƏRARI DƏSTƏKLƏDİ
    16:40 24 Mart 2023
  • “Togg”un sifarişləri - 100 MİNİ KEÇDİ
    16:20 24 Mart 2023
  • SOCAR Qazaxıstan neftinin - TRANZİTİNƏ BAŞLAYIB
    15:38 24 Mart 2023
  • Twitterin "mavi" nişanının qiyməti açıqlandı - Bütün dünyada istifadə oluna bilər
    15:13 24 Mart 2023
  • Azərbaycana düyü idxalı - 46% ARTIB
    15:09 24 Mart 2023
  • Rusiyanın daha bir şəhərindən Bakıya - TƏYYARƏ REYSİ AÇILIR
    14:49 24 Mart 2023
  • Azərbaycan bankları da bu siyahıdadır – REGİONUN ƏN ETİBARLI 50 BANKI – TAM SİYAHI
    14:34 24 Mart 2023
  • Azərbaycan MN Rusiya sülhməramlıları qarşısında qəti tələb qoyub: "Belə hallara dərhal son qoyulmalıdır"
    14:14 24 Mart 2023
  • Azərbaycan MN: Xankəndi yolu ilə növbəti qanunsuz hərbi daşımalar davam edir - VİDEO
    14:07 24 Mart 2023
  • Avropada satılan balın təqribən yarısı - KEYFİYYƏTSİZDİR
    13:24 24 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA 
    13:19 24 Mart 2023
  • Laboratoriyada hazırlanan brilyantın satışı artır - TƏBİİ BRİLYANT İLƏ EYNİDİR, AYIRMAQ MÜMKÜN DEYİL
    13:05 24 Mart 2023
  • Darknetdə nə baş verir? – Xakerlərin qurbanına çevrilməmək üçün  - 4 VACİB TÖVSİYƏ
    12:47 24 Mart 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    12:32 24 Mart 2023
  • 2022-ci ildə İtaliya Azərbaycandan qaz alışına 12.253 milyard avro - SƏRF EDİB
    12:15 24 Mart 2023
  • ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
    12:05 24 Mart 2023
  • 2022-ci ildə Aİ ölkələri Azərbaycandan qaz alışına 15,6 milyard avro - SƏRF EDİB
    11:50 24 Mart 2023
  • Yanvar-fevralda Azərbaycanda istismara verilən evlərin ümumi sahəsi 13,6%, kapital qoyuluşu - 4,4% AZALIB
    11:44 24 Mart 2023
  • "Qarabağ”-“Qalatasaray” matçına gedəcək - AZARKEŞLƏRİN NƏZƏRİNƏ!
    11:34 24 Mart 2023
  • Türkiyədə nar souslarının satışı - QADAĞAN OLUNDU
    11:16 24 Mart 2023
  • Neft bahalaşıb - SON QİYMƏT
    11:13 24 Mart 2023
  • Birbank Visa kartları ilə xaricdəki ödənişlərə - 2% KEŞBEK HESABLANACAQ
    11:03 24 Mart 2023
  • Azərbaycan Ermənistanda yaşayan azərbaycanlılarla bağlı Paşinyanın bəyanatına - CAVAB VERİB
    10:42 24 Mart 2023
  • Su qıtlığı niyə yaranır? - 5 SUALA CAVABDA
    10:29 24 Mart 2023
  • Bağlanan bankın əmlakı 57 min manata - SATIŞA ÇIXARILIR
    10:10 24 Mart 2023
  • Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
    10:01 24 Mart 2023
  • Cəbrayılda tikilən evlər belə olacaq - VİDEO
    09:53 24 Mart 2023
  • "Twitter Blue" ödənişli abunəliyi artıq bütün dünyada istifadəçilər üçün əlçatandır
    09:45 24 Mart 2023
  • "Rusiya və Çin üçün dollara alternativ yaratmaq çox çətin olacaq"
    09:38 24 Mart 2023
  • İş adamları Özbəkistanda keçiriləcək beynəlxalq sərgilərə - DƏVƏT EDİLİB
    09:32 24 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!