Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 585 516,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% azdır.
FED.az xəbər verir ki, DGK-nin məlumatına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,6% azalaraq 912 995,8 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 8,2% azalaraq 2 511 070 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 11 ayı ərzində daxilolmalar 44,5% azalaraq 128 129,4 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 33 321,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,9% azdır.
Bu ilin noyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 315 874,1 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,5% az, bu ilin oktyabr ayı ilə müqayisədə isə 0,4% çoxdur.
Bu ilin noyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5% azalaraq 87 298,5 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 3,1% artıb.
Həmçinin, cari ilin noyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 15,9% azalaraq 212 747,9 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 1% az), aksizlər üzrə 5% azalaraq 12 852,3 min manat (oktyabr ilə müqayisədə 7% çox), yol vergisi üzrə daxilolmalar isə 40% azalaraq 2 975,4 min manat (oktyabr ilə müqayisədə 4,3% çox) təşkil edib. (Apa)