Dövlət Gömrük Komitəsi (DGK) bir sıra KİV-lərdə fiziki şəxslər üçün malların rüsumsuz gətirilməsi limitinin 300 dollardan 100 dollaradək azaldılması barədə yer alan məlumatı şərh edib.
Eləcə də bax: Aksizlərin və rüsumların artırılması avtomobillərin qiymətinə - Necə Təsir Edəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, DGK-dən bildiriblər ki, bu cür qərarların qəbulu Nazirlər Kabinetinin səlahiyyətindədir.
"Dövlət Gömrük Komitəsi icraedici strukturdur. KİV-lərdə yayılan bu məlumat həqiqətə uyğun deyil", - deyə komitədən bildiriblər.
Qeyd edək ki, 2020-ci ildən bir fiziki şəxsin adına gətirilən 300 dollardan çox olmayan mallara rüsum tətbiq olunmur.
Əvvəllər bu rəqəm 1000 dollara bərabər idi.