İqtisadiyyat

Deputat: “Türkiyədə baş verən meşə yanğınları ölkənin turizm gəlirlərinə təsirsiz ötüşməyəcək”

Deputat: “Türkiyədə baş verən meşə yanğınları ölkənin turizm gəlirlərinə təsirsiz ötüşməyəcək” | FED.az
11:05 31 İyul 2021

Qardaş Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Türkiyədə baş verən yanğınları hər birimiz dərin kədər və təəssüf hissi ilə qarşılayaraq qardaş ölkənin bu bəladan daha tez qurtulmasına dua edirik.

Eləcə də bax: Türkiyədə yanğından əziyyət çəkən bölgələrə bu qədər - Pul Ayrıldı

FED.az xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bütün bunlar ilə yanaşı, Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərməkdədir.

Deputat bildirib ki, yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək: “Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir. Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı. Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları əsasən qardaş ölkənin turizm bölgələrini əhatə etdiyindən bu Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər”.

V. Bayramov deyir ki, işsizlik səviyyəsi 13,2 % olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1,7 % artırsa da əksər makro-iqtisadi göstəriciləri pandemiyadan təsirlənib: “Bu baxımdan, meşə yanğınları qardaş ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil. Ekoloji problemlərə yol açan meşə yanğınlarını Türkiyənin qısa zamanda nəzarətə alıb tam söndürəcəyinə inanmaqla qardaş ölkənin bu sinaqdan da çıxacağını və iqtisadi təsirlərinin daha az intervalda minimumlaşdıra biləcəyini diləyirik”. (Report)

Banner
Banner

Digər xəbərlər

Banner