Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi qeyri-neft sektorunun inkişafına xidmət edəcək.
Bu sözləri Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Musa Quliyev deyib.
Deputat deyib ki, dövlət büdcəsinin gəlir və xərclərinin balanslı şəkildə formalaşdırılmasına baxmayaraq azalıb:
"Sözsüz ki, gələcəkdə daha firavan həyatın təmin olunması üçün biz büdcənin artırılması barədə düşünməli olacağıq. Azərbaycan Prezidenti bunu necə etmək lazım olduğunu hökumətə göstərdi - qeyri-neft iqtisadiyyatı vasitəsilə. Hesab edirəm ki, bu kontekstdə kənd təsərrüfatı, nəqliyyat, turizm, İKT və yüngül sənayenin inkişafına xüsusi diqqət ayırmaq lazımdır. Dövlət başçısının ötən gün imzaladığı fərman məhz bu məqsədlərə xidmət edir.”