Banner

İqtisadiyyat

Davosda nə baş verir? Dünya İqtisadi Forumu barədə elementar məlumat  

Davosda nə baş verir? Dünya İqtisadi Forumu barədə elementar məlumat

  | FED.az
20:10 24 Yan 2019
Hər il bu vaxtlar dünyanın varlı, qüdrətli və məşhur insanları İsveçrənin balaca dağ kəndinə toplaşaraq günün böyük məsələlərini müzakirə edir, dünyanın işlərini düzəltməyə cəhd göstərirlər.

FED.az biznes və maliyyə xəbərləri portalı "BBC news Azərbaycanca"ya istinadən xəbər verir ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1971-ci ildə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda təxminən 3000 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib.

ELƏCƏ DƏ BAX: ABŞ-da işsizlik son 50 ildə ən aşağı həddə enib

Bunların 900 nəfərindən çoxu böyük şirkətlərin direktorları, 70-dən çoxu dövlət başçılarıdır.

Toplantının keçirildiyi Davos şəhərinin adı artıq forumun rəsmi adının qısaldılmış şəklində istifadə edilir.

Azərbaycan prezidenti İlham Əliyev də 2019-cu ilin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edib. O Davos Forumunda demək olar ki, hər il iştirak edir.

O, forum çərçivəsində Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgieva, İsveçrə prezidenti Ueli Maurer və digər rəsmilərlə görüşüb.
İlham Əliyev və Nikol PaşinyanFotonun müəllifiPRESİDENT.AZ
 


Davos Dünya İqtisadi Forumu çərçivəsində İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü olub.

Prezidentin saytında verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.

 
Camal KaşıkçıFotonun müəllifiGETTY IMAGES
Image captionCamal Kaşıkçı
ABŞ prezidenti Donald Trump, Britaniya baş naziri Theresa May, Fransa prezidenti Emmanuel Macron, Hindistanın baş naziri Narendra Modi, Zimbabve prezidenti Mnangagwa bu il Davosda iştirak etməyiblər.

Forumda Çin iqtisadiyyatının son 30 ildə qeydə alınan ən zəif inkişafı, Almaniyadakı durğunluq, Böyük Britaniya və Brexit və digər məsələlər müzakirə olunub.

Davosda iştirak edən Səudiyyə Ərəbistanının maliyyə naziri Mohammed Al-Jadaan deyib ki, "Biz Camal Kaşıkçının başına gələnlər barədə təəssüf hissi keçiririk".


Bura necə bir yerdir və burda nələr baş verir?

Burada məxfilik dərəcəsi müxtəlif olan iclaslar keçirilir. Bir də bağlı qapı arxasında keçirilən tədbirlər var. Bağlı görüşlərə ağ rəngli buraxılış vəsiqələrinin sahibləri baş çəkə bilər. Şəxsi görüşlər də olur və bunlardan heç xəbər də olmur, lakin bu gizli görüşlərdə adətən böyük sövdələşmələr yer alır.

Yaxşı, bəs orada real olaraq nə baş verir?

Çoxsaylı niqtlərdən başqa orada bir xeyli qonaqlıqlar da olur. Burada şirkətlər öz müştəriləri üçün şam və içki süfrələri açırlar. Doğrudur yemək-içmək su yerinə axır, amma sonradan dostlara danışılacaq maraqlı bir şey yoxdur.

Bəzən "Killers" kimi böyük musiqi qrupları burada canlanma yaradır. Amma hər halda bura Glastonbury festivalı deyil. Ətrafda yalnız burterbrod yeyən kostyumlu-qalstuklu kişiləri görürsən.
Davos partyFotonun müəllifiGETTY IMAGES
Image captionDavos-da kifayət qədər şənlik olur

Onda burada sadəcə rəqs edib söhbət etmək olur?


Ola bilər. Amma burada olmaqda başlıca məqsəd ideyaları parlatmaq və söhbətlər etməkdir. Bu heç də o demək deyildir ki, bütün problemlər elə o saat, ordaca həll olunacaq.

Forumun tarixində dərhal həll olunan problemlərdən biri, 1980-ci illərdə Türkiyənin Yunanıstana müharibə etməsinin qarşısının alınması olub.
Onda keçmiş Türkiyə baş naziri Turqut Ozal yunan həmkarı Andreas Papandreou ilə görüşmüşdü və qərara gəlmişdi ki, ona etibar edə bilər.
BRİCS təşkilatının İnkişaf Bankı barədə ideya, burada, iqtisadçılar Lord Stern və Joseph Stiglitz arasında 2011-ci ildə baş vermis söhbətdə yaranıb.

Bəlkə mənim də cənab Gates üçün ideyam var. Çatdıra bilərəmmi ona?

Birincisi sizin ora dəvət edilməyiniz lazımdır. Nəzərə alsaq ki, siz icraçı direktor və ya dünya lideri deyilsiniz, onda heç olmasa sosial təyinatlı şirkətiniz, ya da QHT-niz olmalıdır. Ya da şirkətiniz Foruma üzvlük haqqı kimi 30 min dollar ödəməlidir. Unutmayın ki, hələ çox bahalı mehmanxana nömrəsinin haqqı da var.

Bir məşhur müəssisə kapitalı firması tədbir zamanı oz investorlarını məmnun etmək üçün azı 700 min dollar xərcləməli olur.
Yox, əgər belə pulunuz yoxdursa, bura öz qoşqulu yataq yedəyinizlə gəlib, hansısa əlavə tədbirlərə qatıla bilərsiniz.
WEF postersFotonun müəllifiREUTERS

Nə? Yataq qoşqusu? Bəs deyirdiniz, bura Glastonbury deyil?


Heç bilirsiniz varlı və məşhur adamlara, onları qartopu vura biləcəyin məsafədə olmaq necə də ecazkar hissdir? Planlaşdırma bir ay əvvəl başlanır və yaxşıca əlaqələndirilməlidir.

Sizə uzaqbaşı "mehmanxana vəsiqəsi" verə bilərlər. Bu da pis deyil. Konfranslara girə bilməsəniz də, vestibüllərdə verilən ziyafətlərə qatıla bilərsiniz.
info

Digər xəbərlər

Banner