Banner

İqtisadiyyat

Davos Zirvəsi - BU GÜN BAŞLAYIR

Davos Zirvəsi - BU GÜN BAŞLAYIR | FED.az
08:08 21 Yan 2020

Bu gün İsveçrənin Davos qəsəbəsində Dünya İqtisadi Forumunun (WEF) ənənəvi zirvəsi başlayacaq.

FED.az xəbər verir ki, dünyanın təsirli siyasətçiləri və iş dünyasının qabaqcıl nümayəndələrinin qatılacağı zirvənin ana mövzusu "Uyğun və davamlı bir dünyanın tərəfləri"dir. 

Eləcə də bax: Dünyanın ən zəngin insanları - TOPLAŞIR

Bu il 50-ci dəfə təşkil ediləcək Davos Zirvəsinə 117 ölkədən 3 min iş adamı, siyasətçi, alim və qeyri-hökumət təşkilatının nümayəndəsi qatılacaq.

Zirvə, qlobal gündəmdə önə çıxan, gəlir bərabərsizliyi, siyasi qütbləşmə, ətraf mühit və iqlim böhranı, qlobal iqtisadiyyatın vəziyyəti, davamlı inkişaf, texnologiya, ticarət və 4-cü sənaye inqilabı kimi müxtəlif başlıqlara fokuslanacaq.

Davosda 400-ə yaxın açıq və bağlı iclas keçiriləcək. 

Davosda 50-dən çox ölkə prezident və baş nazir səviyyəsində təmsil ediləcək.

Digər xəbərlər

Banner