Dövlət Gömrük Komitəsi (DGK) "Ziraat Bank Azərbaycan" ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.
Eləcə də bax: Dövlət Gömrük Komitəsi “Ticarət Statistika Portalı”nı - Təqdim Edib
FED.az bu barədə Komitəyə istinadən xəbər verir.
Məlumata görə, bununla da, ölkədə gömrük xidməti göstərən bankların sayı 15-ə çatıb.
Digər 14 bank "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Premium Bank", "Unibank”, “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, "Rabitəbank", “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank” və “Turan Bank” ASC-lərdir. (Report)