Azərbaycanda fəaliyyət göstərən daha 4 xarici şirkət buradakı fəaliyyətlərinə son qoyurlar.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu şirkətlərin Azərbaycandakı filialları ləğv olunduqlarını elan ediblər:
"Bayholding İnvestment Limited" şirkətinin nümayəndəliyi
"MRC Transmark İnternational B.V." çirkətinin Azərbaycandakı filialı
"GE GRİD GMBH" şirkətinin Azərbaycandakı filialı
"Horvath Mak" şirkətinin Azərbaycandakı filialı
Adıçəkilən şirkətlərin kreditorları 2 ay müddətində öz tələblərini irəli sürə bilərlər.
Daha 4 şirkət Azərbaycandan gedir
09:57
24 Yan 2018