Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana düyü ixracına başlayıb.
FED.az xəbər verir ki, Dağıstanın Kənd Təsərrüfatı Nazirliyi ilin sonunadək düyü istehsalının proqnozlaşdırılandan daha çox olacağını gözləyir.
Eləcə də bax: Azərbaycanda bəzi idxal-ixrac - GÖMRÜK RÜSUMLARI DƏYİŞDİ - QƏRAR
Nazirliyin hesabatına əsasən, düyü istehsalının 97 min tona yaxın olacağı gözlənilir. İlkin proqnozlarda isə bu göstərici 95 min ton qeyd olunurdu.
Hesabatda o da bildirilir ki, Dağıstan düyü ixracı coğrafiyasını genişləndirib. Hazırda bölgə Azərbaycan, İran, Latviya, Vyetnam, Gürcüstan, Hindistan və İsrailə məhsul ixrac edir.
trend