Çin Azərbaycan şərablarının daxili bazarlarda satışını artırmaq məqsədilə ikitərəfli əməkdaşlığı bir qədər də genişləndirilməyə hazır olduğunu bildirib.
Eləcə də bax: Azərbaycan birinci rübdə pomidor ixracını - 53% ARTIRIB
FED.az İqtisadiyyat Nazirliyindən “apa”ya verilən məlumata istinadən xəbər verir ki, bu fikirləri təşkil olunan birgə video-konfrans zamanı Çinin Milli İçki və Spirt Dövriyyəsi Assosiasiyasının baş katibinin müavini Vanq Zuminq və Çin Şərab və Spirtli İçkilər İdxalçıları və İxracatçıları Assosiasiyasının baş katibi Vanq Xuvei səsləndiriblər.
Bildirilib ki, Azərbaycan şərablarının çinli alıcılar tərəfindən maraqla qarşılanır.
Video-konfrans zamanı əvvəlcədən iştirakçılara göndərilən bir sıra istehsalçıların şərablarının dequstasiyası keçirilib.
Qeyd edək ki, hazırda Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycanın şərab evləri fəaliyyət göstərir.