Çində son bir ildə xarici ticarət dövriyyəsi 4,4 faiz artaraq 6,3 trilyon dollar təşkil edərək rekord həddə çatıb.
Çinin valyuta ehtiyatları dekabrda - 3,128 TRİLYON DOLLARA YÜKSƏLİB
FED.az xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən il ölkənin ixracatı 7 faiz artaraq təxminən 3,59 trilyon dollara çatıb. İdxal 1,1 faiz artaraq 2,71 trilyon dollar təşkil edib.
Bundan əvvəl bildirilib ki, cari ilin sonunda avrozonanın ümumi daxili məhsulunun (ÜDM) həcmi artmayacaq. Eyni zamanda, bu il ABŞ-da ÜDM 0,5 faiz artacağı, Çin iqtisadiyyatının artım tempinin isə 4,3 faiz olacağı gözlənilir. (Azərtac)