İqtisadiyyat

Çinə növbəti ixrac missiyası yola düşüb

Çinə növbəti ixrac missiyası yola düşüb | FED.az
17:23 13 May 2019

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərinə təşkil olunub.

FED.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, mayın 13-18-ni əhatə edən missiyaya qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 13 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarları ilə Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.

Eləcə də bax: Azərbaycanda illik inflyasiya 2,4% olub

Digər xəbərlər