Böyük Britaniyanın siyasi düşüncə mərkəzi - “Henry Jackson Association” Çini koronavirusla (COVID-19) bağlı ən pis xəbərləri dünyadan gizlətməyə çalışmaqda və xəstəliyin yayılmasına səbəb olmaqda ittiham edib.
FED.az xəbər verir ki, təşkilat dünya ölkələrini iqtisadiyyatlarına dəyən zərəri kompensasiya etmək üçün Çini BMT və Beynəlxalq Ədalət Məhkəməsinə verməyə çağırıb.
Mütəxəssislər hesab edir ki, dünya ölkələri pandemiya ilə əlaqədar lazımi tədbirlər görə bilmədiyinə və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) kifayət qədər məlumat verməyərək Beynəlxalq Sağlamlıq Qaydalarının (BSQ) 6 və 7-ci maddələrini pozduğuna görə Çindən trilyonlarla ABŞ dolları məbləğində kompensasiya tələb edə bilər.
“Beynəlxalq hüquq normalarının pozulması nəticəsində Çinin təkcə Böyük 7-lik (G-7) ölkələrinə vurduğu ziyan 3,2 trilyon funt-sterlinqə (4,11 trilyon ABŞ dolları) çata bilər. Belə ki, rəsmi elan edilmiş dövlət xərclərindən asılı olaraq ABŞ 933,3 milyard funt-sterlinq (1 trilyon 200 milyard ABŞ dolları), Britaniya isə 351 milyard funt-sterlinq (449 milyard ABŞ dolları) kompensasiya tələb edə bilər.
Bundan başqa, İngiltərənin Mühafizəkarlar Partiyasının 15 millət vəkili hökumətə Çinlə əlaqələri barədə "yenidən düşünməsini" istədiklərinə dair məktub ünvanlayıblar.
Report