Çinin Şenjen şəhər bələdiyyəsi lotereya vasitəsilə 50 min sakinə 10 milyon yuan məbləğində rəqəmli pullar çatdıracaq.
FED.az “Sina Finance”yə istinadən xəbər verir ki, şəhərin Luohu dairəsi tərəfindən bu gündən etibarən başlanmış həmin tədbir Çin Xalq Bankının (PboC) kriptovalyutası olan renminbini (RMB) sınamaq üçün həyata keçirilən pilot proqramda nəzərdə tutulur.
Belə ki, Luohu dairəsində proqram iştirakçısı olan 3 389 ticarət obyektində 12-18 oktyabr tarixləri ərzində lotereyanın iştirakçıları hərəyə 200 yuan (30 ABŞ dollarına yaxın) məbləğində RMB xərcləyə bilərlər.
Xərclənməmiş rəqəmli pullar proqram başa çatandan sonra silinəcək.(report.az)