Çin iqtisadiyyatı 2016-cı ildə 6,7% artım göstərib. "Reuters" agentliyinin verdiyi xəbərə görə, bu, son 26 ilin ən aşağı ÜDM-in illik artımı göstəricisidir. Qeyd edək ki, 2015-ci ildə Çində 6,9%-lik iqtisadi artım baş verib.
Bu barədə Çin Dövlət Statistika Bürosu xəbər verib.
Çindəki iqtisadi artım tempi hökumətin proqnozları ilə üst-üstə düşüb. Nəticədə, Çin ÜDM-i 2016-cı ildə 74,41 trln. yuan və ya 10,84 trln. ABŞ dolları təşkil edib.
"Reuters"ə görə, Çin iqtisadiyyatında dayanıqlı artıma baxmayaraq, 2017-ci il üçün iqtisadi artımı təhlükələr gözləyir. Çin hökumətinin iqtisadi stimullaşdırma səylərinin effektivliyi də şübhə altındadır. Çinə əsas zərbə ABŞ-la yarana biləcək ticarət müharibəsi səbəbindən ixracının azalması amili göstərilir. Yuanın dəyərdən düşməsi və valyuta ehtiyatlarının azalmasının da ÜDM artımına mənfi təsir göstərəcəyi gözlənilir.