İqtisadiyyat

Çin kosmosu da «özəlləşdirməyə» başlayıb – REKORD GÖSTƏRİCİ

Çin kosmosu da «özəlləşdirməyə» başlayıb – REKORD GÖSTƏRİCİ | FED.az
13:32 19 Yan 2019

2018-ci ildə Çin kosmosa 39 uçuş təşkil edib ki, bu da dünyada rekord göstərici sayılır. FED.az «China Daily»ya istinadən xəbər verir ki, ötən il Çin bütün 1990-cı illərdə olduğu qədər kosmik uçuş təşkil edib.


Ən maraqlısı odur ki, 2018-ci ildə Çinin kosmik uçuşlarının sayı Rusiya, Avropa İttifaqı və Hindistanın birlikdə uçuşlarından da artıqdır.

 

Ötən il kosmosa uçuşların sayına görə dünyada ikinci yeri ABŞ tutur – 34 uçuş.

Qeyd edək ki, bir qədər əvvəl məhz Çinin göndərdiyi kosmik apparat Ayın görünməyən tərəfinə enmişdi.

Eləcə də bax: Fantastik inflyasiya, işsizlik və ...yeni neft yatağı  - ZİMBABVEDƏN NƏ BİLİRİK

Digər xəbərlər