İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov “Fresh Oil”, “Caiykhor” və “Mr. Bee” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Azərbaycanda yerli şirkətlər üçün e-ticarət - Konsultasiya mərkəzi fəaliyyətə başlayıb
Mərkəzdən FED.az-a bildirilib ki, görüşdə şirkətlərin “Amazon” və “Ebay” platformaları üzərindən Amerika bazarına çıxarılması istiqamətində görüləcək işlər müzakirə olunub. Bununla yanaşı, görüş ərzində beynəlxalq e-ticarət platformalarında bənzər məhsullara dair nümunələrə baxış keçirilib, lazımi qeydlər götürülüb.
Tədbirdə “USAID” nümayəndələri də iştirak edib. Təşkilat nümayəndələri tərəfindən məhsulların Amerika bazarına ixracı üçün tələb olunan sertifikatlaşdırma və digər zəruri addımlar barədə qarşılıqlı müzakirə aparılıb.