Cənubi Afrika Respublikası (CAR) Azərbaycana öz maraqlarının Afrika Birliyində təşviq olunmasında yardım göstərməyə hazırdır.
Bunu CAR-ın xarici əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabane deyib: “Biz Afrika bazarına çıxması üçün Azərbycanın Afrika Birliyində müşahidəçi statusunu geniş şəkildə istifadə etməsini dəstəkləməyə hazırıq.”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da deyib ki, Azərbaycan Afrika qitəsində öz maraqlarını genişləndirmək niyyətindədir.
Dekabrın 8-9-u CAR-ın paytaxtı Pretoriyada Afrika Birliyinin XİN rəhbərlərinin görüşü keçiriləcək. Azərbaycan da bu görüşdə iştirak edəcək.
E.Məmmədyarov bildirib ki, Azərbaycan bu görüş çərçivəsində ASAN xidmətin təqdimatını keçirməyi planlaşdırır.