Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlar hesabatının Oktyabr 2020 sayını yayımlayıb.
FED.az xəbər verir ki, hesabatda, qlobal iqtisadiyyatın aprel ayındakı "böyük karantin" zamanı yaşadığı azalmanın dərinliklərindən yüksəlişə keçdiyi qeyd edilib.
Yeni növ koronavirus (Kovid-19) epidemiyasının yayılmağa davam etdiyi və bir çox ölkənin normallaşma müddətini yavaşlatdığı qeyd edilən hesabatda, "Çində toparlanma gözləniləndən daha sürətli reallaşarkən, qlobal iqtisadiyyatın pandemiya əvvəli fəaliyyət səviyyəsinə "axsaq" geri dönüşü davam edir" ifadəsi istifadə edilib.
Hesabatda, daha əvvəl 5,2% kiçilməsi gözlənilən qlobal iqtisadiyyatın bu il 4,4% azalacağı təxmin edilib.
Hesabatda, qlobal iqtisadiyyatın 2021-ci ildə isə 5,2% artacağı təxmin edilib. Gələn ilə dair artım proqnozu daha əvvəl 5,4% olaraq nəzərdə tutulmuşdu.