Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizliklə bağlı proqnozunu yeniləyib.
BVF Azərbaycanda iqtisadi artım - Proqnozunu Yeniləyib
FED.az xəbər verir ki, bu barədə Fondun "Dünya İqtisadi Baxış" hesabatının aprel sayında bildirilib. Sənədə əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2022-ci ildəki 5,9%-dən 2023-cü ildə 5,8%-ə kimi azalacaq. BVF həmçinin, 2024-cü ildə də Azərbaycanda işsizlik səviyyəsini 5,8% proqnozlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl “SP Global Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci ilə kimi Azərbaycanda işsizliyin azalacağını açıqlamışdı. Agentlik bu il ölkə üzrə işsizliyin 4,9% təşkil edəcəyini müəyyən edib. (Apa)