Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 2 faiz artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Fondun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.
O bildirib ki, bu, ilkin göstəricidir və 2017-ci ilin sonunadək dəyişə bilər.