Bu ilin bütün aylarında dövlət büdcəsində profisit olub. FED.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ilin 9 ayı ərzində dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz artaraq 14 081,9 milyon manata, xərcləri isə 19,1 faiz artaraq 13 485,7 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 596,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,2 faizinə bərabər olub.
Dövlət büdcəsi ilin əvvəlini 416,6 milyon manat profisit ilə başlasa da, fevral və mart ayında uyğun olaraq 139,9 milyon və 155 milyon manata düşüb.
Aprel-may aylarında profisit yenidən artaraq uyğun olaraq 653,9 və 650,8 milyon manat təşkil edib. Oktyabrın əvvəlinə olan məlumatda isə profisitin 423,7 milyon manat təşkil edib.
Aylar üzrə büdcə profisiti aşağdakı kimi olub.
Aylar |
Büdcə profisiti (milyon manatla) |
Yanvar |
416,6 |
Fevral |
139,9 |
Mart |
155,0 |
Aprel |
653,9 |
May |
650,8 |
İyun |
297,3 |
İyul |
428,8 |
Avqust |
544,0 |
Sentyabr |
596,2 |
Oktyabr |
423,7 |