Azərbaycanın lou-kost aviaşirkəti “Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır.
 
“FED.az-ın məlumatına görə, 12 may tarixindən etibarən aviaşirkət Bakıdan Ufa şəhərinə birbaşa uçuşlara başlayır.
 
ELƏCƏ DƏ BAX: Bakıdan Qətərə təyyarə reysi - LƏĞV OLUNUB
 
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
 
Başqırdıstanın paytaxtı lou-kost aviaşirkətin Rusiyadakı altıncı istiqaməti olacaq. Belə ki, aviaşirkətin marşrut şəbəkəsinə hazırda Rusiyanın 5 şəhəri - Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri daxildir.
 
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.
 
“Buta” Rusiyaya yeni istiqamət açır – QİYMƏT 29 AVRO
 
                            
                            
                        
                            21:02
                            22 Yan 2019
                        
                        



 
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








